Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Antoni Blinken arasında görüş keçirilib.
NOCOMMENT.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ermənistanın xarici işlər naziri ilə ABŞ-ın dövlət katibi arasında Vaşinqtonda görüş keçirilib. Regional təhlükəsizlik və sabitlik, Ermənistan və Azərbaycan arasında normallaşma prosesi məsələləri müzakirə edilib”, – nazirliyin “Twitter” səhifəsində yazıb. .
Nazirlikdən verilən məlumata görə, Ermənistan və Azərbaycan arasında Alma-Ata Bəyannaməsi və 1975-ci il xəritəsi əsasında delimitasiya prosesi, o cümlədən “qoşunların sərhəddən çıxarılması”, “Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizlik məsələlərinin lazımi şəkildə həlli” vurğulanıb.
NOCOMMENT