Ceyhun Bayramov və Sergey Lavrov bölgədəki vəziyyəti müzakirə ediblərbackend

Ceyhun Bayramov və Sergey Lavrov bölgədəki vəziyyəti müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə NOCOMMENT-ə Azərbaycan XİN-dən məlumat verilib.

Nazirlər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin iki dövlət arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.