Ceyhun Bayramov yenidən Mirzoyanla görüşəcəkbackend

Ceyhun Bayramov yenidən Mirzoyanla görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında ABŞ-da baş tutan danışıqlar ikitərəfli formatda davam edəcək.

NOCOMMENT.az xəbər verir ki, görüşlərin ikinci raundu çərçivəsində sülh sazişi layihəsi müzakirə ediləcək.

Bakı saatı ilə18:00-dan sonra başlayacaq görüş Virciniya ştatının Arlinqton şəhərində, Corc P. Shultz Milli Xarici Əlaqələr Tədris Mərkəzində baş tutacaq. Danışıqlar iyunun 29-a qədər davam edəcək.

Xatırladaq ki, ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri, həmçinin ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş olub.