Ceyhun Bayramov yenidən Mirzoyanla görüşəcəyini açıqladıbackend

Ceyhun Bayramov yenidən Mirzoyanla görüşəcəyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu ayın sonuna qədər yenidən Ermənistan nümayəndə heyəti ilə görüş gözlənilir”. 

NOCOMMENT xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

“Azərbaycan tərəfi hər zaman sülh üçün ilk addımı atıb. Eyni zamanda sülh müqaviləsi üçün şərtlərini də açıqlayıb və qarşı tərəfə göndərib”, – deyə nazir vurğulayıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramovla Ararat Mirzoyanın sonuncu görüşü noyabrın 7-də Vaşinqtonda baş tutmuşdu.