Ceyhun Bayramovun İsveçrə səfəri təxirə düşübbackend

Ceyhun Bayramovun İsveçrə səfəri təxirə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün İsveçrədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlşdırılmışdı. Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilməli idi.

Toplantıda Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın da iştirakı gözlənilirdi.

NOCOMMENT-in modern.az-a istinadən xəbərinə görə, XİN rəhbəri Ceyhun Bayramovun İsveçrə səfəri təxirə düşüb.

Bununla bağlı detallar açıqlanmır. Xarici İşlər Nazirliyi də Ceyhun Bayramovun İsveçrə səfəri barədə heç bir rəsmi açıqlama yaymayıb.

Qeyri-rəsmi məlumatlara görə, görüşün baş tutmamasına səbəb ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Rusiya nümayəndəsinin toplantıda iştirak edə bilməməsi barədə xəbərdarlıq etməsidir.

Digər versiyalardan biri kimi isə dünən Ermənistanın Bərdəyə raket atması nəticəsində 20-dən çox mülki insanın öldürülməsi və Azərbaycanın etiraz əlaməti olaraq İsveçrə görüşündən imtina etməsi göstərilir.

Bununla yanaşı, o da qeyd olunur ki, humanitar atəşkəs elan olunduqdan sonra Ermənistanın mülki insanlara qarşı cinayət törətməsi danışıqlar masası arxasına keçməyin gərəksiz olduğunu ortaya qoyub.