Ceyhun Əsgərov namaza başlayıb, Nəsimi Nəbizadə isə…backend

Ceyhun Əsgərov namaza başlayıb, Nəsimi Nəbizadə isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nəsimi Nəbizadənin və Ceyhun Əsgərovun müalicəsi davam edir. Hazırkı vəziyyətlərində qeyri-adi nəsə müşahidə olunmur”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov deyib.

O bildirib ki, N.Nəbizadə narkotik asılılığından əziyyət çəkir və hazırda “kakos” və “patı” (“metamfetamin”) asılılığına qarşı müalicə alır:

“Proses təxminən 6 ay çəkəcək. Hələlik ilk 1 ayı geridə qoymuşuq. Hər ikisi müalicə prosesinə adaptasiya olublar və nəzarətimiz altındadırlar. Yaxın günlərdə Nəsimi Nəbizadənin dişlərinin düzəldilməsi prosesinə başlayacağıq. Bundan sonra mərkəzimizin adına uyğun olaraq, “Qurtuluş media” adında platforma açacağıq. Təxminən 15 gündən sonra mərkəzin daxilindən fəaliyyətə başlamağı planlaşdırırıq. Hər iki jurnalistimiz həmin media orqanı vasitəsilə cəmiyyətə asılılığın fəsadları haqqında məlumat verəcəklər. Nəsimi və Ceyhunun həyatını məhz bu asılılıq məhv edib. Bizim məqsədimiz gəncləri məlumatlandırmaq və bu problemlərin qarşısını vaxtında almaqdır. Proses mərhələli şəkildə gedəcək və onların vasitəsilə daha geniş auditoriyaya çıxışımız olacaq”.

Ceyhun Salmanov əlavə edib ki, C.Əsgərov isə alkoqol asılılığından müalicə olunur, lakin artıq vəziyyəti xeyli yaxşılaşıb:

“Ceyhun artıq yaxşılaşıb hətta uşaqları gəlib ona baş çəkir. Ceyhun özü də artıq namaz qılmağa başlayıb. Hər şey yaxşılığa doğru dəyişir”.

Mərkəz rəhbəri bildirib ki, “Qurtuluş” adından yeni bir kampaniyaya da start veriblər:

“Düşünürük ki, hər il Zəfər Günündə pulsuz müalicə etdirdiyimiz şəxslərdən birinin toyunu edək. Bu il zirzəmidən götürdüyümüz bir oğlanı evləndirməyi planlaşdırırıq. Hər şey yolunda getsə, gələn il də Nəsimi Nəbizadə üçün toy etməyi düşünürük”.

Qeyd edək ki, bu ilin sentyabrın 1-də Nəsimi Nəbizadə, sentyabrın 13-də isə Ceyhun Əsgərov “Qurtuluş” Reabilitasiya Mərkəzinə yerləşdirilib.