Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdırbackend

Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun iştirakçısı, Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Layl Şarp söyləyib.

Sabiq səfir tərəflər arasındakı normallaşma prosesini müsbət hesab edir:

“Ölkələr bir-biri ilə vasitəçi olmadan birbaşa danışırlar. Bu, çox böyük addımdır. Rusiya sülhməramlıları da artıq Qarabağı tərk edir. Bu da çox müsbət hadisədir. Ümid edirik ki, bundan sonra tərəflərin daimi birbaşa təması üçün mexanizm də yaradılacaq”.

Diplomat aprelin 5-də Brüsseldə baş tutan ABŞ-Aİ-Ermənistan görüşündən də danışıb:

“Fikrimcə, Ermənistana sosial-iqtisadi inkişafı və Rusiyadan asılılığını azaltmaq üçün dəstək vermək strateji baxımdan yaxşı haldır. Aİ və ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq və Avropaya yaxınlaşması üçün nə qədər çox səy göstərsələr, bir o qədər yaxşıdır. Burada məqsəd Ermənistanın inkişafı və Rusiyadan asılılığını azaltmağa yönəlib, Azərbaycana qarşı istifadə aləti deyil”.

C.Şarp ölkəsinin COP29 çərçivəsində mühüm dəstəyini də qeyd edib: “Britaniya səfirliyi COP29 prosesinə kömək üçün artıq çoxlu sayda işçi cəlb edib. COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq. Bu, həmçinin böyük məsuliyyətdir”.