“Cəzasızlıq yeni cinayətlərə təşviq edir” – Deputatdan məktəbdəki hadisəyə REAKSİYAbackend

“Cəzasızlıq yeni cinayətlərə təşviq edir” – Deputatdan məktəbdəki hadisəyə REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz direktor, direktor müavini məsələsinə çox diqqətlə, çox ehtiyatla yanaşmalıyıq. Hər adam direktor ola, direktor vəzifəsində işləyə bilməz”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Redaktor.az-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Lənkəranda yerləşən məktəblərin birində direktor müavininin şagird və xadiməni döyməsi hadisəsindən danışarkən bildirdi.

“Təbii ki, cəzasızlıq yeni cinayətlərə təşviq edir və yeni cinayətləri yaradır. Ona görə biz bir addım yox, bir çox addımlar atmalıyıq. Burada cinayət tərkibi varsa, cinayətkar da ciddi şəkildə cəzalandırılmalıdır. Hadisə ictimailəşir və əgər cəza yoxdursa, insanlar eyni cinayətləri və eyni əməlləri davam etdirməyə çalışırlar. Cəza addımlarının atılmasına ciddi ehtiyac var ki, insanlar daha məsuliyyətli, diqqətli olsunlar və bu cinayətləri törətməsinlər. Cəzasızlıq olduqda isə bu, məsələni fərqli yönə və fərqli istiqamətə aparacaq. Ona görə bu amili, bu məsələni biz mütləq şəkildə nəzərə almalıyıq və diqqətdə saxlamalıyıq”,- deyə millət vəkili vurğuladı.