Charlie Hebdo Xameneinin karikaturasını dərc etdi: İrandan Fransaya notabackend

Charlie Hebdo Xameneinin karikaturasını dərc etdi: İrandan Fransaya nota

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran “Charlie Hebdo” jurnalında ölkənin ali dini lideri Ayətullah Əli Xameneiyə qarşı “təhqir” ehtiva edən karikaturaların dərc olunduğunu əsas gətirərək Fransaya diplomatik nota verib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, İranın reaksiyası Xarici İşlər Nazirliyinə çağırılan Fransanın Tehrandakı səfiri Nikolas Roşeyə çatdırılıb.

Nazirlikdən verilən yazılı açıqlamaya görə, Fransanın Tehrandakı səfiri Nikolas Roşe İranın hakimiyyət və ziyarətgahlarını, dini və milli dəyərlərini təhqir edən hərəkətə cavab olaraq nazirliyə çağırılıb.

“Fransa ifadə azadlığı bəhanəsi ilə digər müsəlman ölkələrinin və millətlərin müqəddəslərinin təhqir edilməsinə haqq qazandıra bilməz”, – deyə nazirliyin sözçüsü Nasser Kənani deyib.

Qeyd edək ki, Fransanın dünyaca məşhur “Charlie Hebdo” nəşri İranda etirazlara dəstək üçün keçən ay başlatdığı müsabiqə çərçivəsində Xameneinin də yer aldığı karikaturalar dərc edib.