ChatGPT-nin yaradıcısı OpenAI tərəfindən dərc edilən hesabata görə, süni intellekt dünyanın böyük bir hissəsinə dərindən təsir edəcək.
NOCOMMENT xəbər verir ki, süni intellektin təsirinə məruz qalacaq peşə qrupları çoxluq təşkil etsə də, onun təsir etməyəcəyi peşələr var.
Son zamanlar süni intellektlə bağlı ən çox müzakirə edilən mövzulardan biri də “İnsanları əvəz edə bilərmi?” Bir çox insan bu suala “bəli” cavabı verir. Pensilvaniya Universitetinin araşdırmasına görə süni intellekt yüksək maaşlı işlərə daha çox təsir edir.
Diplom tələb edilməyən peşələr süni intellekt qarşısında varlığını davam etdirə bilər. Digər tərəfdən, elmi və tənqidi düşünmə bacarığı tələb edən peşələr süni intellektdən təsirlənməyə bilər.
Nəticədə, OpenAI araşdırmasına görə, bir peşənin süni intellektin təsirinə məruz qalması üçün həmin peşə ilə məşğul olan insanların iş müddətində ən azı 50 faiz azalma olmalıdır. Bu tərifə görə, bəzi peşələr süni intellektdən tam təsirlənəcək, digərləri isə daha az təsirlənəcək.