“Chery” özünü idarə edən uçan avtomobilini təqdim etdibackend

“Chery” özünü idarə edən uçan avtomobilini təqdim etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin avtomobil istehsalçısı “Chery” şirkəti özünü idarə edən ilk uçan avtomobilini təqdim edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə dünya mediasına istinadən xəbər verir.

Son illərdə sektorda baş verən inkişaflarla birlikdə uçan avtomobillərin istehsalı artmağa başlayıb. Xüsusilə, Çin şirkətləri bu sahədə liderlik edir.

Şirkət oktyabrın 18-də keçirilən konfransda “Quru və Hava Vasitələri” adlı uçan avtomobil prototipini nümayiş etdirib. Hazırda inkişaf mərhələsində olan avtomobil 80 kilometrlik sınaq uçuşunu uğurla başa vurub.

Maksimum saatda 120 kilometr sürətə çata bilən vasitənin uçuş müddəti təxminən 40 dəqiqədir.