“CİA” ukraynalı agentlərə Rusiya qarşı təlim keçirbackend

“CİA” ukraynalı agentlərə Rusiya qarşı təlim keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Rusiyaya qarşı bir qrup Ukrayna hərbçisinə və kəşfiyyatına gizli təlim keçdiyi iddia edilir.

“NOCOMMENT” xəbər verir ki, bu barədə Yahoo News məlumat yayıb.

MKİ-nin Quru Əməliyyatlar Departamentinin Ukrayna Xüsusi Təyinatlı Qüvvələr və kəşfiyyat orqanlarına hərbi kəşfiyyat  təhsili verdiyi iddia edilir. Təlimlərin intensiv silah istifadəsi, kamuflyaj və quruda naviqasiya kimi bir çox mövzuları əhatə etdiyi iddia edilir.

Proqramın Rusiyanı dəf etmək və mümkün bir işğalda ruslara qarşı müqavimət əməliyyatı keçirmək üzərində qurulduğu və təlim keçmiş qrupun yaxın gələcəkdə Rusiyaya qarşı kritik rol oynayacağı bildirilib.