Cihadçılar hücumla Hələbin ətrafına çatdıqlarını bildiriblər.
NOCOMMENT.az xəbər verir ki, Suriya ordusunun bəzi bölgələrdə terrorçuları geri çəkərək əks hücuma keçdiyi bildirilir.
Suriyadakı cihadçı qüvvələr yaraqlıların nəzarətində olan İdlib əyalətindən gözlənilməz hücuma başladıqdan sonra Hələb vilayətinin qərbində yerləşən 56 kəndi ələ keçirdiklərini iddia ediblər.
Suriya ordusunun hava gücündən istifadə edərək yaraqlılara qarşı əks-hücum əməliyyatı keçirdiyi bildirilir.
“Cəbhət ən-Nusra” kimi tanınan “Həyat Təhrir-əş-Şam” (HTS) terror qruplaşması və müxtəlif müttəfiqləri bu həftə ölkənin hökumətin nəzarətində olan bölgələrinə hücuma görə məsuliyyət daşıyırlar.