Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi cihaz və avadanlıq alacaq
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxs üçün tələb olunan cihazların və avadanlığın satınalınması planlaşdırılır.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, xüsusilə 100 ədəd əl telsizinin alınması nəzərdə tutulur.
Layihənin ehtimal olunan dəyəri 42.338,40 AZN təşkil edir. Mərkəzin direktoru hazırda Mirələm Cəlalovdur.