Aktrisa Ləman Mərrih paylaşımı ilə diqqət çəkib.
NOCOMMENT.az olay.az-a istinadən xəbər verir ki, Ləman marketdən aldığı günəbaxan tumlarının içindən siqaret kötüyü çıxdığını deyib:
“Belə bir şey paylaşmaq istəməzdim, amma düşünürəm ki, bu qədər də olmaz! Bu tumların içindən hər gün ya daş, ya da daşlaşmış topa duz çıxırdı. Fikir vermirdim. Bu gün içindən kiminsə siqaret kötüyü çıxıb!
Bu tumlar birbaşa yuyulmadan, istehlakçının ağzına gedir, siz nə edirsiniz, “Çiko tumları” ?! Yaxınlarım bilirlər ki, ümumiyyətlə siqaret çəkmirəm. Yəni, mənim öz siqaretimin kötüyü olması mümkün deyil. Bu, birbaşa paketin içindən çıxıb. Artıq nə almaq lazım olduğunu, kimə güvənmək lazım olduğunu bilmirəm”.