Cənubi Amerika ölkəsi Çilinin mərkəzi və cənub bölgəsində həftəsonundan bəri davam edən leysan yağışları daşqına səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, Milli Fəlakət Xidmətindən verilən açıqlamada leysan yağışların səbəb olduğu daşqınlarda indiyədək 3 nəfərin öldüyü, 33 min 200 nəfərin təxliyə edildiyi bildirilib.
Axtarış-xilasetmə işlərinin davam etdiyi O’Higgins, Maule, Nuble və Biobio bölgələrində küçə və küçələr su ilə dolduğu üçün çox sayda ev və avtomobilə ziyan dəyib.