Çilidə meşə yanğınları: ölənlərin sayı 13-ə çatıbbackend

Çilidə meşə yanğınları: ölənlərin sayı 13-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi Çilinin mərkəzi və cənub bölgələrində dünən başlayan meşə yanğınlarını hələ də söndürmək mümkün olmayıb.

NOCOMMENT xəbər verir ki, davam edən yanğınlarda ölənlərin sayının 13-ə yüksəldiyi bildirilib.

Çilinin mərkəzi və cənub bölgələrində təsirli olan meşə yanğınları davam edir.

La Araucania, Biobio və Nuble bölgələrində 50-dən çox meşə yanğını qeydə alınıb.

Güclü istilərin təsirini göstərdiyi cənub rayonlarında havanın temperaturu 40 dərəcəyədək yüksəlib.

Prezident Qabriel Boriçin Pataqoniyadakı tətilini ləğv edərək təbii fəlakətin baş verdiyi bölgəyə gedəcəyi bildirilib.