Cill Bayden əməliyyat olundubackend

Cill Bayden əməliyyat olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Baydenin həyat yoldaşı, birinci xanım Cil Baydenin üzündə və sinə hissəsində aşkarlanan yaralar xərçəngə çevrilmə riski səbəbindən cərrahi yolla çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, 71 yaşlı birinci xanım xərçəngə çevrilmək riski altında olan üzündə və döş qəfəsindəki zədələrə görə Valter Rid Hərbi Tibb Mərkəzində əməliyyat olunub.

Əməliyyat zamanı onun gözündəki üçüncü yaranın da götürüldüyü bildirilib.

Ağ Ev həkimi bütün xərçəng riski olan toxumaların çıxarıldığını bildirib.

Birinci xanım Cil Baydenin vəziyyətinin yaxşı olduğu bildirilir.