Çimərliklərə haradan və neçəyə getmək olar? – SİYAHIbackend

Çimərliklərə haradan və neçəyə getmək olar? – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Bakı meriyası əhalinin yay istirahətinin təşkili məqsədilə 15.06.2022-ci il tarixdən 8 marşrut xəttinin şəhər çimərliklərinə qədər uzadılması barədə qərar qəbul edib.

BNA-dan NOCOMMENT-ə verilən məlumata görə, sözügedən marşrutların başlanğıc məntəqəsi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzidir.

Yay mövsümündə vətəndaşların Koroğlu NMM-dən Mərdəkan çimərliyinədək (Şüvəlan – Buzovna yolu) ictimai nəqliyyatla birbaşa gedişinin təmin edilməsi üçün M10 nömrəli mövsümi ekspress marşrut xəttinin fəaliyyəti də bərpa edilib. M10 başlanğıc dayanacaq məntəqəsi “Koroğlu” NMM olmaqla, Şüvəlan – Mərdəkan çimərliyi (Şüvəlan – Buzovna yolu) istiqamətində əvvəlcədən müəyyən edilmiş dayanacaqlarda dayanmaqla vətəndaşlara xidmət göstərəcək. Marşrutun gediş haqqı 50 qəpikdir.

Digər 8 marşrutda gediş haqqı isə belədir:

101 nömrəli marşrut (“Türkan” çimərliyinədək) – 30 qəpik,
107 nömrəli marşrut (“Buzovna” çimərliyinədək) – 50 qəpik,
146 nömrəli marşrut (“Şüvəlan” çimərliyinədək) – 40 qəpik,
171 nömrəli marşrut (“Sea Breeze” istirahət mərkəzinədək) – 50 qəpik,
172 nömrəli marşrut (“Bilgəh” bağlarınadək) – 40 qəpik,
179 nömrəli marşrut (“Pirşağı” çimərliyinədək) – 35 qəpik,
180 nömrəli marşrut (“Zirə” çimərliyinədək) – 40 qəpik,
182 nömrəli marşrut (“Mərdəkan” çimərliyinədək) – 30 qəpik.

Qeyd edək ki, 15 iyundan çimərlik mövsümi açıq elan edilib.