Çin 2025-ci ildə bu ölkəni tamamilə işğal edəcək – Şok iddiabackend

Çin 2025-ci ildə bu ölkəni tamamilə işğal edəcək – Şok iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvanın müdafiə naziri Chiu Kuo Cheng, Pekin hökuməti ilə hərbi və siyasi gərginliyin son 40 ilin zirvəsinə çatdığını və Çinin 2025-ci ildə Tayvanı tamamilə işğal edə biləcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Euronews” yazıb.

Yazıda qeyd olunur ki, Çin döyüş təyyarələri oktyabrın ilk 4 günündə Tayvan hava sahəsini onlarla dəfə pozduqdan sonra, Taypey rəhbərliyi hadisə ilə bağlı açıqlama verib.

Tayvan Müdafiə naziri Chiu Kuo Cheng, parlamentdəki komitədə bu mövzu barəsində danışarkən, iki ölkə arasındakı vəziyyətin qorxunc bir həddə çatdığını və 2025-ci ilə qədər çox fərqli bir Çinlə qarşılaşa biləcəklərini vurğulayıb.

O, Çinin artıq Tayvanı işğal etmək gücünə sahib olduğunu qeyd edib:

“Ancaq 2025-ci ilə qədər tam miqyaslı bir işğal qabiliyyətinə sahib ola biləcəklər. 2025-ci ilə qədər Çin müharibə xərclərini və amortizasiyasını minimuma endirəcək. Hazırda zamanı və digər başqa şeyləri nəzərə almalı olduqları üçün bu anda asanlıqla müharibəyə başlamayacaqlar.”

Xatırladaq ki, Tayvan mediası bu yaxınlarda Pekin və Taypey arasındakı gərginliyi “müharibə xəbərdarlığı” olaraq şərh etmişdi. Onu qeyd edək ki, oktyabr ayınən ilk 6 günü ərzində Çinin 150-dən çox döyüş təyyarəsi Tayvanın hava məkanı sərhədlərini pozmuşdur. Tərəflər arasında siyasi qarşıdurma davam edir.
Yenisabah