Çin 2050-ci ilə qədər dünyanın aparıcı kobalt istehsalçısı olacaqbackend

Çin 2050-ci ilə qədər dünyanın aparıcı kobalt istehsalçısı olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ilə qədər Çin dünya kobaltının 60%-ni istehsal edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu proqnozu “Financial Times” verib.

Kobalt bütün elektronikanı gücləndirən batareyaların əsas elementidir. İndi bu metalın ümumi istehsalının 54%-i artıq Çinin payına düşür. Bu rəqəm analitiklərin təxminlərini üstələyir. Növbəti iki ildə dəyərin 50% olacağı gözlənilirdi.

Keçən il Çinin mədən və metallar şirkəti CMOC İsveçrənin “Glencore” ticarət evini keçərək kobalt istehsalında dünya lideri olub. Bununla yanaşı, 12 ay ərzində dünyada metal istehsalının ümumi həcmi 2022-ci ilə qədər 17% artıb.