Çin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Çinin ABŞ-a fentanil tədarükünü asanlaşdırmaqla bağlı ittihamlarını rədd edir və bu, faktlara tamamilə ziddir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Çinin Vaşinqtondakı səfirliyinin nümayəndəsi Liu Penqyu məlumat verib.
O xatırladıb ki, narkotiklərlə mübarizə sahəsində əməkdaşlığın bərpası 2023-cü ildə San-Fransiskoda Çin Prezidenti Si Cinpin və Ağ Evin hazırkı prezidenti Co Bayden arasında əldə olunan mühüm razılaşmalardan biridir. O vaxtdan bəri Çin və ABŞ-ın narkotiklərlə mübarizə agentlikləri arasında müntəzəm qarşılıqlı əlaqələr bərpa edilib.
“Çin tərəfi ABŞ-ın maraqlarına təsir edən narkotiklərlə bağlı hüquq-mühafizə əməliyyatlarının gedişi barədə ABŞ-ı məlumatlandırıb. Çin dövlətlərin müəyyən hallar üzrə məlumatların yoxlanılması ilə bağlı müraciətlərinə cavab verib və lazımi tədbirlər görüb”, – Liu Penqyu bildirib.
Diplomat vurğulayıb ki, Pekin və Vaşinqton arasında bu cür əməkdaşlıq Çinin ABŞ-a fentanil axınında şüurlu köməyi ilə bağlı iddiaların uyğunsuzluğunu sübut edir və bu, “həm faktlara, həm də reallığa” ziddir.