Çin hökuməti ABŞ hakimiyyətini Yaponiyaya ABŞ qoşun bölməsini yerləşdirdikdən sonra kosmosda silahlanma yarışına başlamaqda ittiham edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti Çin Müdafiə Nazirliyinin sözçüsü Çjan Syaoqanqın bəyanatına istinadən məlumat yayıb.
“Biz ABŞ-ı kosmos sahəsindəki təhlükəli hərəkətlərini ciddi şəkildə düşünməyə, kosmik qarşıdurmanı təhrik etməyi və yalan xəbərlər yaymağı dayandırmağa çağırırıq”, – Çin müdafiə rəsmisi deyib.
Çjan Syaoqanq qeyd edib ki, ABŞ hökuməti hazırda kosmik imkanlarını genişləndirməkdə və hərbi ittifaqları gücləndirməkdə davam edir. Onun sözlərinə görə, Pekin bu cür hərəkətləri “qlobal strateji sabitliyə təhdid” kimi qiymətləndirir.