Çin ABŞ-ı Ukraynadakı “böhran”a görə məsuliyyətdə ittiham edibbackend

Çin ABŞ-ı Ukraynadakı “böhran”a görə məsuliyyətdə ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar Ukraynadakı “böhran”a görə məsuliyyəti Çinə həvalə etməklə ondan yayınmamalıdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib.

“Çin həmişə dinc danışıqlara və Ukrayna “böhranına” siyasi həllin təşviqinə sadiq qalıb və düzgün addım atmağa davam edəcək. Birləşmiş Ştatlar bunu Çinə həvalə etməklə öz məsuliyyətindən yayınmamalıdır”. – deyə o vurğulayıb.

Van Yi həmçinin Vaşinqtonu “qeyri-qanuni birtərəfli sanksiyaların tətbiqindən” imtina etməyə çağırıb.