Çin ABŞ ilə sabit münasibətlərdə maraqlı olduğunu bildiribbackend

Çin ABŞ ilə sabit münasibətlərdə maraqlı olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin ABŞ-la sabit və proqnozlaşdırıla bilən münasibətlər qurmağı hədəfləyir, lakin Vaşinqton qarşıdurmanı gücləndirməyə çalışarsa, buna qəti cavab verəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Çin Xarici İşlər Nazirliyinin rəhbəri Vanq Yi deyib.

“Biz sağlam, uzunmüddətli və qarşılıqlı faydalı ikitərəfli əlaqələri inkişaf etdirməyə, eləcə də qlobal miqyasda iki gücün dinc yanaşı yaşaması üçün balans tapmağa hazırıq”, – Vanq Yi bildirib.

O, ABŞ-ın gərginliyin qarşısını almaq üçün Pekinlə birgə hərəkət edəcəyinə ümid etdiyini bildirib.

“Əgər Vaşinqton dialoqa məhəl qoymayaraq Çini cilovlamaq kursunu davam etdirsə, bizim bu cür çağırışlara adekvat və qətiyyətlə cavab verməkdən başqa çarəmiz olmayacaq”, – Vani Yi bildirib.

Onun sözlərinə görə, Pekin tərəfdaşlığın tərəfdarıdır, lakin birtərəfli təzyiqlərə, milli maraqları və suverenliyi qorumağa imkan verməyəcək.