Çin ABŞ-ın iki şirkətinə qarşı sanksiya tətbiq edibbackend

Çin ABŞ-ın iki şirkətinə qarşı sanksiya tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin hökuməti Tayvana silah satdığına görə ABŞ-nin iki müdafiə sənayesi şirkətinə sanksiya tətbiq edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi (XİN)  məlumat yayıb.

Söhbət “General Atomics Aeronautical Systems” və “General Dynamics Land Systems”-dən gedir.

“Çin “General Atomics Aeronautical Systems” və General Dynamics Land Systems”-ə qarşı aşağıdakı əks tədbirləri görməyə qərar verib…” – mətndə deyilir.

Onların Tayvana silah satışı ilə məşğul olduqları vurğulanır.

Qeyd olunur ki, söhbət Çindəki şirkətlərin hər hansı əmlakının dondurulmasından, həmçinin bu şirkətlərin yüksək rəhbərliyinə viza verilməsinə və ölkəyə səfərinə qadağa qoyulmasından gedir.