Çin ABŞ-ın Rusiya ilə əlaqələrinə görə qanunsuz sanksiyalarını rədd edibbackend

Çin ABŞ-ın Rusiya ilə əlaqələrinə görə qanunsuz sanksiyalarını rədd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin ABŞ-dakı səfirliyinin mətbuat katibi Lyu Penqyu bildirib ki, Pekin Moskva ilə iqtisadi əlaqələrə görə Vaşinqtonun birtərəfli sanksiyalarını rədd edir və öz şirkətlərinin maraqlarını qoruyacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Diplomatın sözlərinə görə, Çin və Rusiya arasında iqtisadi əlaqələr Ümumdünya Ticarət Təşkilatının (ÜTT) normalarına və bazar prinsiplərinə uyğundur. Onlar heç bir üçüncü tərəfə yönəlməyib və buna görə də kənar müdaxiləyə məruz qalmamalıdır. Bu baxımdan ABŞ-ın tətbiq etdiyi birtərəfli sanksiyalar qeyri-legitimdir və Pekin onları qəti şəkildə rədd edir.

Lyu Pengyu Çinin Çin şirkətlərinin qanuni hüquq və maraqlarını müdafiə edəcəyini vurğulayıb.