Çin ABŞ-ın viza məhdudiyyətinə cavab verəcəkbackend

Çin ABŞ-ın viza məhdudiyyətinə cavab verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin rəhbərliyi, ABŞ-ın Tibet Muxtar Bölgəsində yerli etnik azlığa mənsub təxminən 1 milyon uşağın dövlət internat məktəblərində məcburi assimilyasiya edilməsində rol oynadıqları səbəbiylə Çin səlahiyyətlilərinə tətbiq etdiyi viza məhdudiyyətinə cavab verəcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin Pekində keçirdiyi gündəlik mətbuat konfransında ABŞ-ın viza tədbirinin Çinin daxili işlərinə açıq müdaxilə olduğuna işarə edərək, qərarı “qəti şəkildə rədd etdiklərini” bildirib.

ABŞ-ın “faktlara məhəl qoymadığını” və “Tibetlə bağlı yalanlara əsaslandığını” müdafiə edən sözçü Vanq Çin rəsmilərinə qarşı qeyri-qanuni sanksiyalar tətbiq etdiyini, Çinin “qarşılıqlılığa əsaslandığını”, “bu mövzuda Çini ləkələmək üçün şayiələr yaydığını” və “uzun müddət Tibetlə bağlı məsələlərdə iştirak edən” bəzi ABŞ vətəndaşlarına viza məhdudiyyətləri tətbiq edəcəyini bildirib.

NOCOMMENT.AZ