Çin ABŞ-ın xəbərdarlığına baxmayaraq Rusiya neftini almaqda israrlıdırbackend

Çin ABŞ-ın xəbərdarlığına baxmayaraq Rusiya neftini almaqda israrlıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin ABŞ-ın sanksiya xəbərdarlıqlarına baxmayaraq, Rusiya neftinin idxalını davam etdirəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters ABŞ-ın maliyyə naziri Skott Bessentin Çin rəsmiləri ilə keçirdiyi danışıqlara istinadən məlumat yayıb.

Çin Xalq Respublikasının nümayəndələri vurğulayıblar ki, enerji resurslarının alınması ilə bağlı qərarlar ölkənin daxili siyasətinə əsasən, suveren şəkildə qəbul olunur. Bessentin yüksək rüsumlarla bağlı xəbərdarlığına cavab olaraq, Çin tərəfi öz enerji təhlükəsizliyi ilə bağlı qanuni ehtiyaclarına diqqət çəkib.

“Sanksiyalara məruz qalmış Rusiya neftini alan hər kəs bunun nəticələrinə hazır olmalıdır”, – deyə ABŞ maliyyə naziri Skott Bessent bildirib.