Çin-ABŞ münasibətləri haqda AÇIQLAMAbackend

Çin-ABŞ münasibətləri haqda AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çin-ABŞ münasibətləri stabilləşməyə doğru gedir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi deyib. O, prezidentlər Co Bayden və Si Cinpinin noyabrda San-Fransiskoda görüşü ilə ikitərəfli münasibətlərin yaxşılaşdığına işarə edib.

Çin diplomatiyası ilə bağlı simpoziumda çıxış edən Vanq Yi, ölkəsinin ABŞ, Rusiya, Avropa və qonşu ölkələrlə münasibətləri idarə etməkdə inklüzivliyə sadiq qaldığını söyləyib.

O, həmçinin bildirib ki, “Vahid Çin” siyasəti üzrə beynəlxalq konsensus möhkəmlənib:

“Biz həmişə açıqlığa və inklüzivliyə sadiq qalacağıq, qlobal tərəfdaşlıq şəbəkəsini birləşdirəcək və genişləndirəcəyik. Çin və ABŞ dövlət başçıları arasında San-Fransisko görüşündə əldə olunmuş konsensusu həyata keçirəcəyik, iki böyük ölkənin anlaşmasının düzgün yolunu tapacağıq. Çin və Rusiya arasında strateji qarşılıqlı etimadı və qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirəcək, yeni dövrdə iki ölkə arasında əməkdaşlığın hərtərəfli strateji tərəfdaşlığını möhkəmləndirəcəyik. Çin və Avropa arasında daha yüksək səviyyəli mübadilələrə və strateji ünsiyyətə malik olacağıq. Çin-Avropa İttifaqı əlaqələrinin sabitliyinə, uzunmüddətli inkişafına da kömək edəcəyik”.