Çin hakimiyyəti bəzi ABŞ işçilərinə viza məhdudiyyəti tətbiq etmək qərarına gəlib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin məlumatına görə, ABŞ-ın bəzi rəsmiləri Honq-Konqla bağlı məsələlərdə “yaxşı davranıb” və ölkənin daxili işlərinə qarışıblar. Məhdudiyyətlərin tətbiq ediləcəyi şəxslərin kateqoriyası barədə daha ətraflı məlumat məlum deyil.
Bundan əvvəl Çinin ABŞ-dakı səfirliyinin mətbuat katibi Lyu Penqyu bildirmişdi ki, Vaşinqton Pekinə qarşı siyasətini dəyişməsə, Çin ABŞ-ın viza məhdudiyyətlərinə simmetrik cavab verəcək.
Onun sözlərinə görə, muxtar bölgələrdə və Honq-Konqda insan haqları məsələləri Çinin daxili işidir və bu bölgələrdə yerli etnik qrupların mədəniyyəti və dini etiqad azadlığı qorunur.