Çin ABŞ və Kanada rəsmilərinə sanksiya tətbiq etdibackend

Çin ABŞ və Kanada rəsmilərinə sanksiya tətbiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin tərəfindən ölkənin Sintzyan-Uyğur Muxtar Bölgəsi ətrafında yaranmış vəziyyətə görə ABŞ və Kanadadan olan bəzi fiziki və hüquqi şəxslərə qarşı cavab sanksiyaları tətbiq edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, sanksiyalara məruz qalan şəxslər arasında ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının rəhbəri Toni Perkins və Kanada parlamentinin üzvü Maykl Çonq var. Kanadanın qanunverici orqanının İcmalar Palatasının Xarici İşlər və Beynəlxalq İnkişaf Komitəsinin İnsan Hüquqları üzrə Alt Komitəsi da sanksiyalar siyahısına daxil olub.

Açıqlamada bildirilib ki, sanksiyalar “şayiələrə və dezinformasiyalara əsaslanaraq 22 mart tarixində Sincanda müvafiq fiziki və hüquqi şəxslərə (ÇXR vətəndaşları və şirkətlərinə) qarşı birtərəfli sanksiyalar tətbiq edən” iki ölkənin hərəkətlərinə cavab olaraq tətbiq olunub.
Axar.az