Çin hakimiyyəti Afrika dövlətlərinin daxili işlərinə qarışmır və onlara siyasi şərtlər qoymur.
NOCOMMENT.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib.
“Çin Afrikanın daxili işlərinə qarışmır və heç vaxt heç bir siyasi şərt irəli sürmədən, ona səmimi şəkildə yardım edir”, – deyə Çin Xarici İşlər Nazirliyinin saytı onun sözlərini sitat gətirir.
Nazirin aydınlaşdırdığı kimi, Çin Afrika qitəsinin “inkişaf ehtiyaclarını yaxından izləyir”. Bundan əlavə, Çin tərəfi infrastrukturun qurulmasına və yerli sakinlərin rifahının yaxşılaşdırılmasına töhfə verən və “özünə güvənən inkişaf potensialını gücləndirməyə kömək edən” “kiçik, lakin gözəl” layihələrin həyata keçirilməsinə böyük üstünlük verir.
“Çin geosiyasi oyunlarda iştirak etməyəcək, biz Afrikada müxalif düşərgələrin yaradılmasına və qitənin şəxsi mənfəət üçün istifadəsinə qarşıyıq”, – deyə Van Yi vurğulayıb