Çin Avropa Parlamentinin deputatlarına qarşı sanksiyaları ləğv edibbackend

Çin Avropa Parlamentinin deputatlarına qarşı sanksiyaları ləğv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Avropa İttifaqı (Aİ) ilə ÇXR arasında parlament dialoqunun bərpasına zəmin yaradaraq, Avropa Parlamentinin (AP) beş üzvünə qarşı sanksiyaları ləğv etmək qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, TASS bu barədə Avropa Parlamentinin bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, AP prezidenti Roberta Metsola müvafiq qərarı aprelin 30-da parlament fraksiyalarının rəhbərlərini məlumatlandırıb.

Aprelin ortalarında ABŞ Çinin neft emalı zavoduna, eləcə də İran neftinin Çinə tədarükünü asanlaşdıran bir neçə şirkət və gəmiyə qarşı yeni sanksiyalar elan edib. Dövlət Departamenti həmçinin aydınlaşdırıb ki, yeni məhdudiyyətlər Çinə neft tədarükü ilə məşğul olan bir neçə İran şirkəti və gəmilərinə təsir edəcək.