Avropa İttifaqı altı Çin, iki Əmirlik və bir Belarus şirkətini əhatə edən 17-ci anti-Rusiya sanksiyalar paketini təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, müvafiq tənzimləmə Aİ-nin rəsmi jurnalında dərc olunub.
Sanksiyaya məruz qalan Çin şirkətləri arasında General Technology Group Dalian Machine Tool, General Technology Group Dalian Machine Tool Import and Export, Shandong Oreelaser Technology, Skywalker Technology, Poly Technologies, Mile Hao Xiang Technology şirkətləri var. BƏƏ-dən siyahıya Eiger Shipping və Moonlight Shipmanagement daxildir. Minsk Təkərli Traktor Zavodu da sanksiyalar siyahısına daxil edilib.
Məhdudiyyətlər Türkiyə və Honq Konqdan neft tankerlərinə sahib olan şirkətlərə də təsir edib.