Çin Cənubi Koreya ilə sağlam münasibətlərin inkişafına sadiqdirbackend

Çin Cənubi Koreya ilə sağlam münasibətlərin inkişafına sadiqdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Respublikası (ÇXR) ikitərəfli münasibətlərdə bir sıra çətinliklərə baxmayaraq, Cənubi Koreya ilə sağlam və sabit münasibətlərin inkişafına sadiqdir.

NOCOMMENT.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib.

“Mən istərdim ki, biz (Çin və Cənubi Koreya) kənardan müdaxilə olmadan bir-birimizin gözünün içinə baxaraq yeriməyə davam edək, sağlam və sabit Çin – Koreya münasibətlərini inkişaf etdirək”, – diplomat bildirib.

O, həmçinin Seul və Pekinin ölkələr arasında diplomatik münasibətlərin qurulmasından bəri qarşıya qoyulmuş mehriban qonşuluq və dostluq istiqamətində ikitərəfli əməkdaşlığın məqsədlərinə sadiq qalmasını arzulayıb.

Van Yi vurğulayıb ki, son onilliklər ərzində dövlətlər ikitərəfli əlaqələrin inkişafında bir çox uğurlara imza atıblar. Eyni zamanda, nazir qeyd edib ki, o vaxtdan bəri Pekin və Seulun üzləşdiyi “çətinliklərin və çağırışların” sayı kəskin şəkildə artıb.