Çin COVID-19-u “B sinif epidemiyası” kimi təsnif etməyə davam edəcəkbackend

Çin COVID-19-u “B sinif epidemiyası” kimi təsnif etməyə davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyət” statusunu ləğv etdiyini elan etdikdən sonra COVID-19-u “B sinif epidemiyası” kimi təsnif etməyə davam edəcəyini söyləyib.

NOCOMMENT.az xəbər verir ki, Komissiyanın nazirlik statuslu sözçüsü Mi Fınq, virusun hələ də mutasiyaya uğradığını və yerli səviyyədə yayılmağa davam etdiyinə diqqət çəkib.

O, yerli hökumətlərin və səhiyyə qurumlarının xalqın sağlamlığını qorumaq üçün lazımi tədbirlər görməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, yanvarın 8-də Çin COVID-19-a “A kateqoriyalı epidemiya” kimi yanaşmağı dayandıraraq Sərhəd Sağlamlığı və Karantin Qanununa əsasən tətbiq edilən karantin tədbirlərini və məhdudiyyətləri ləğv etdi, sərhədlərini dünyaya yenidən açdı.

NOCOMMENT.AZ