Çin döyüş təyyarəsinin Tayvan boğazında mülki sərnişin təyyarəsinin altından uçaraq radarlardan gizləndiyi iddia edilib.
NOCOMMENT xəbər verir ki, ABŞ-da yerləşən “FlightAware” və İsveçdə yerləşən “Flightradar 24” internet saytları tərəfindən dərc edilən uçuş izləmə məlumatlarında Çin Xalq Azadlıq Ordusuna aid “Y-9” elektron döyüş təyyarəsi ( PLA) sentyabrın 24-də Tayvan boğazına daxil olub. Onun tərəflərin təsir zonalarını bir-birindən ayıran “orta xətt” yaxınlığında 10 dəqiqə ərzində radardan itdiyi müəyyən edilib.
Xəbərdə qırıcının Honq-Konq hava yolu şirkəti Cathay Pacific-in Şanxay reysində olan “CX366” adlı mülki sərnişin təyyarəsinin altından uçduğu və bununla da onun radar imzasının itdiyi iddia edilib.