Çin Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etdibackend

Çin Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin hakimiyyəti Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etmək qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, Gürcüstan vətəndaşları Çində 30 gün fasiləsiz qala biləcəklər. O, hesab edir ki, bu dəyişikliklər həmvətənlərinin Çinə səfərini asanlaşdıracaq, Gürcüstanla Çin arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı üçün yeni imkanlar yaradacaq.

Baş nazir qeyd edib ki, Çin hakimiyyətinin bu qərarı iki ölkə arasında 2023-cü ildə imzalanmış strateji tərəfdaşlıq sazişinin növbəti nəticəsidir.