Çin hökuməti məscidləri İslam memarlığından Çin memarlığına dəyişdirir.
NOCOMMENT.az xəbər verir ki, Çin hökuməti Şərqi Türküstandakı məscidlərin memarlığını İslam memarlığından Çin memarlığına dəyişdirmək istiqamətində işlərə davam edir.
Son belə nümunələrdən birində “Şadian” məscidinin arxitekturası dəyişikliyə məruz qalıb.
Məlumata görə, Çində yüzlərlə məscidin memarlığının 2018-ci ildən bəri dəyişdirildiyi və ya dağıdıldığı deyilir.
Qeyd olunub ki, iqtisadi və siyasi səbəblərdən Çin hökumətinin Şərqi Türküstanda etnik, mədəni və dini təmizləmə siyasətinə qarşı heç bir addım atılmır.