Çin hökumət qurumlarına “Apple” şirkətinin “iPhone” və digər xarici brend cihazlarından biznes məqsədləri üçün istifadə etməyi və bu cihazları ofisə gətirməyi qadağan edib.
NOCOMMENT.az ”Wall Street Journal”a istinadən xəbər verir ki, “iPhone” və digər xarici markalı cihazlardan istifadə qadağanı ötən həftələrdə yüksək səviyyəli menecerlər tərəfindən işçilərinə gətirilib.
Hesabatda Apple-dan başqa digər telefon istehsalçılarının adları yer almayıb. Qadağa qərarı Apple-ın gələn həftə iPhone-ların yeni modellərinin təqdim ediləcəyi tədbirdən əvvəl qəbul edilib.
Bu qərar ABŞ və Çin arasında gərginliyin artması səbəbindən Çində fəaliyyət göstərən xarici şirkətləri narahat edə bilər.