Çin İranı Yaxın Şərqdə sülhün qorunması səylərini dəstəkləyirbackend

Çin İranı Yaxın Şərqdə sülhün qorunması səylərini dəstəkləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin səlahiyyətliləri Tehranın Yaxın Şərqdə sülh və sabitliyin təmin edilməsi üzrə səylərini dəstəkləyir.

NOCOMMENT.az xəbər verir ki, bunu İranın xarici işlər naziri səlahiyyətlərini icra edən Əli Baqiri Kani ilə telefon danışığı zamanı Çinin xarici işlər naziri Vanq Yi deyib.

“Biz İran tərəfinin sülh və sabitliyin təmin edilməsi üzrə səylərini dəstəkləyirik və sıx təmasları davam etdirməyə hazırıq”, – Vanq Yi Çin Xarici İşlər Nazirliyinin saytında bildirib.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi bildirmişdi ki, Pekin Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlini qətiyyətlə pisləyir.