Çin İsraili Fələstinin Rəfahdakı hərbi əməliyyatından əl çəkməyə çağırıbbackend

Çin İsraili Fələstinin Rəfahdakı hərbi əməliyyatından əl çəkməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq bildirib ki, Çin İsraili Qəzza zolağında atəşi dayandırmağa və Fələstinin Rəfah şəhərinə hücum planlarından əl çəkməyə çağırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS diplomatın BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışına istinadən məlumat yayıb.

Qenq Şuanqın sözlərinə görə, İsrail BMT Təhlükəsizlik Şurasının 2728 saylı qətnaməsinin müddəalarına əməl etməli, hücumları və atəşi dayandırmalı, Rəfaha hücuma başlamaq niyyətindən əl çəkməli, Qəzza zolağındakı blokadanı ləğv etməli və bütün keçid məntəqələrini açmalıdır.

Bundan əlavə, İsrail humanitar işçilərin işinə mane olmamaq və Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) hücumları dayandırmaq öhdəliyinə malikdir.