Çin-Macarıstan Birgə Bəyanatı – Hər hansı mübahisənin…backend

Çin-Macarıstan Birgə Bəyanatı – Hər hansı mübahisənin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Macarıstan və Çin dövlətlər arasındakı hər hansı mübahisənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdırlar”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Budapeştdə Çin Sədri Si Cinpinin Macarıstan Prezidenti Tamaş Şuyok və Baş nazir Viktor Orban ilə danışıqlarından sonra iki ölkənin qəbul etdiyi birgə bəyanatda deyilir.

Sənəd yeni dövrdə hərtərəfli strateji tərəfdaşlığın yaradılması haqqında Çin-Macarıstan Birgə Bəyanatı adlanır.

Qeyd edilir ki, Budapeşt və Pekinin əldə etdiyi nəticələri nəzərə alaraq ikitərəfli münasibətlərin yüksək səviyyəsini belə xarakterizə etmək olar. Hər iki tərəf qlobal təhlükəsizliyin və sülhün vacibliyini təsdiqləyir.