Çin Mərkəzi Bankı ölkə iqtisadiyyatını dəstəkləyəcəkbackend

Çin Mərkəzi Bankı ölkə iqtisadiyyatını dəstəkləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Mərkəzi Bankı zəifləyən iqtisadiyyatı genişmiqyaslı stimullaşdırıcı tədbirlərlə dəstəkləməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, Mərkəzi Bank bu məqsədlə mövcud daşınmaz əmlak kreditləri üzrə faiz dərəcələrini azaldacaq. Beləliklə, maliyyə bazarı əlavə olaraq təxminən trilyon yuan (təxminən 125,5 milyard avro) likvidliklə təmin ediləcək.

Mərkəzi Bank Çində valyuta və pul siyasətinə cavabdeh olan orqandır. Onun həyata keçirdiyi tədbirlər dünyanın ikinci ən böyük iqtisadiyyatında stabil artımı dəstəkləmək məqsədi daşıyır.

Qeyd edək ki, ÇXR-də daşınmaz əmlak böhranı xeyli müddətdir iqtisadi göstəricilərə mənfi təsir edir. Dövlət tərəfindən boş mənzillərin geri alınması ilə bağlı proqram isə hələlik nəticə vermir.