Pekin mübahisəli körfəz adaları ilə bağlı mövqeyini ortaya qoyub.
NOCOMMENT.az “reuters”ə istinadən xəbər verir ki, Çin BƏƏ-nin adalar məsələsinin sülh yolu ilə həllinə nail olmaq səylərini dəstəklədiyini açıqlayıb.
Ərazi 1971-ci ildən Britaniya qüvvələrinin körfəzdən çıxarılmasından sonra İranın nəzarətindədir.
Qeyd edək ki, Pekin BƏƏ-nin iddialarını dəstəklədiyi üçün Çinin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.