Çin mübahisəli adalar ərazisinə yapon gəmilərinin daxil olduğunu bildiribbackend

Çin mübahisəli adalar ərazisinə yapon gəmilərinin daxil olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Respublikasının (ÇXR) Sahil Mühafizəsi bir neçə Yapon gəmisinin Şərqi Çin dənizindəki mübahisəli adalar ətrafındakı sulara daxil olduğunu bildirib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Çin agentliyinin məlumatına görə, Çinin Diaoyu adlandırdığı mübahisəli adaların yaxınlığında bir balıqçı gəmisi və bir neçə patrul gəmisi görünüb.

Çin Sahil Mühafizəsi Yaponiya gəmilərini xəbərdar etmək üçün qanuni tədbirlər gördüyünü qeyd edib.

Qeyd olunur ki, Çinlə yanaşı, Yaponiya da Tayvanın 170 km şimal-şərqində Şərqi Çin dənizində yerləşən mübahisəli Diaoyu arxipelaqına iddia edir.