Çin Müdafiə Nazirliyi müharibəyə davamlı hazırlıqlarını açıqlayıbbackend

Çin Müdafiə Nazirliyi müharibəyə davamlı hazırlıqlarını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Azadlıq Ordusu (PLA) bölgədə mümkün müharibəyə hazırlaşmağa davam edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Çyan məlumat verib.

Rəsminin sözlərinə görə, Pekin Tayvan ərazisində mütəmadi olaraq patrul əməliyyatları təşkil etmək niyyətindədir. O, vurğulayıb ki, Çin hökuməti dövlət suverenliyinin və ölkənin ərazi bütövlüyünün qorunmasını özünün əsas vəzifələri hesab edir.

“Bu yaxınlarda PLA Şərq Teatr Komandanlığı Tayvan adasının ətrafındakı dəniz və hava məkanında dəniz və hava qüvvələri ilə müntəzəm birgə döyüş hazırlığı patrulları təşkil etdi”, -deyə Vu Çyan bildirib.

Qurum rəsmisi əlavə edib ki, müvafiq əməliyyatların məqsədlərindən biri də əsgərlərin döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsidir. Eyni zamanda, Çin Müdafiə Nazirliyinin nümayəndəsi hərbçilərin davamlı təlimi və silahlı münaqişəyə fəal hazırlıq barədə məlumat verib.