Rusiyada “Geely-Motors” 18 minə yaxın Geely Emgrand avtomobilinin geri çağırıldığını elan edib.
NOCOMMENT.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə “Rosstandart” məlumat yayıb.
Bildirilib ki, 2023-cü il noyabrın 1-dən bu günə qədər satılan 17 736 Geely Emgrand (SS11-A1) modeli geri çağırılır. Səbəb isə bəzi avtomobillərdə müəyyən şəraitdə yanacaq çəninin qapağında yerləşən havalandırma klapanının düzgün işləməməsi ilə bağlıdır. Bu nasazlıq nəticəsində sistemdə mənfi təzyiq (vakuum) yarana bilər.
Qurum əlavə edib ki, klapanın nasazlığı uzunmüddətli iş zamanı nadir hallarda yanacaq çəninin deformasiyasına səbəb ola bilər. Bu zaman yanacaq nasosunun komponentləri çənin daxili səthinə toxunaraq onu deformasiyaya uğrada və ya zədələyə bilər.