Çin “Fingyün-3” meteoroloji peykini orbitə buraxıb.
NOCOMMENT.az xəbər verir ki, Sinxua agentliyinin verdiyi xəbərə görə, “Fıngyün-3 06” peyki “Long March-4C” raketi ilə Qobi səhrasındakı Ciuçuen Peyk Mərkəzindən buraxılıb.
Bildirilib ki, orbitə buraxıldıqdan sonra günəş-sinxron orbitdə təyin olunmuş mövqedə qərarlaşan peyk hava proqnozu, fəlakətlərin qarşısının alınması, iqlim dəyişikliyi ilə mübarizə və ekoloji mühafizə xidmətlərini həyata keçirəcək.
Buraxılış Long March raketi ilə 481-ci uğurlu nəqliyyat missiyası idi.